Erməni nazir işğal olunmuş ərazilərdə görüşlər keçirib

alt

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edən Ermənistanın müdafiə naziri Seyran Ohanyan oktyabrın 1-də erməni separatçılarının lideri Bako Saakyanla görüşüb. 

Saakyanla Ohanyanın təkbətək görüşündən sonra geniş tərkibdə keçirilən tədbirdə hərbi əməkdaşlıq məsələləri müzakirə olunub. 

Qeyd edək ki, Ohanyan Qarabağdakı separatçı ordunun qurucularından biridir. 1999-cu ildən “DQR”in “müdafiə naziri” olub. 

2007-ci ilin may ayından Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi postunu tutub. Müdafiə naziri postuna 2008-ci ildə təyinat alıb.