Rusya Dövlət Dumasının müşahidəçiləri prezident seçkilərini izləyəcək
Rusya Dövlət Dumasının nümayəndə heyəti oktybarın 9-da keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana gələcək.
Nümayəndə heyətinə Dumanın MDB məsələləri üzrə komitəsinin sədri, Rusiya Liberal Demokrat Partiyasından (RLDP) olan deputat Leonid Slutski rəhbərlik edəcək.
Nümayəndə heyətinin tərkibinə Vahid Rusiya (Yedinnaya Rossiya) Partiyasından olan deputatlar Oleq Lebedev, Hacmət Səfərəliyev, Nadejda Şkolkina, Murad Hacıyev, Zaur Qekkiev, Svetlana Maksimova, Svetlana Jurova, Kommunist Partiyasına olan deputat Kazbek Taysayev, RLDP-dən İlya Drozdov, Ədalətli Rusiya Partiyasından isə Alla Kuzmina daxildir.