Litva Seyminin sədri, Əmək Partiyasının üzvü Vidas Gedvilas vəzifədən gedib. V. Gedvilas öz istəyi ilə istefa ərizəsi yazıb. 76 deputat istefanın lehinə, 7 nəfər əleyhinə səs verib, 35 nəfər bitərəf qalıb.
Parlament sədri vəzifəsini müvəqqəti olaraq sədr müavini Algirdas Sisas yerinə yetirəcək.