“Mursi edam edilə bilər”

alt

“Mursi edam edilə bilər”. Bu barədə İngiltərənin “Times” qəzeti yazıb. Qəzetin iddiasına görə, Misirin keçmiş prezidenti Məhəmməd Mursi gələcək ay Qahirədə hakim qarşısına çıxacaq. Haqqında edam cəzası istənən Mursi "şiddətə sövqetmə" ilə günahlandırılır.

İngilis qəzeti bu münaqişələrin Mursi tərəfdarları ilə əsgərlərin dəstəklədiyi hökumət arasındakı gərginliyi artıracağını da yazır. “Times” qəzetinə müsahibə verən Qahirə-Amerika Universitetinin hüquq professoru Amr Şalakani “Mursi üçün vəziyyət yaxşı görünmür. Dövlətin dəlil toplama təşkilatları, prokurorluq və Daxili İşlər Nazirliyi onun əleyhinə işləyir” deyib.