Rusiyalı diplomat bıçaqlandı
Rusiyanın Panamadakı konsulunun müavini Yevgeni Manilov bıçaqlanıb.
Hadisə Rusiya konsulluğunun yerləşdiyi binada baş verib.
Panama polisinin nümayəndəsi Mara Rivera bildirib ki, rusiyalı diplomat dərhal xəstəxanaya çatdırılıb, onu bıçaqlayan şəxs isə saxlanılıb. Həmin şəxsin Ukrayna vətəndaşı olduğu bildirilir.
Əməliyyat olunan Y.Manilovun vəziyyətini həkimlər stabil kimi dəyərləndirir.