Rusiyalı diplomatı yaralayan özündə olmadığını bildirib

Rusiyanın Panamadakı diplomatik nümayəndəliyinin konsul müavinini yaralamış Ukrayna sakini Aleksey Lisovenko cinayəti törətməzdən öncə özündə olmadığın
söyləyib.
Ukraynanın diplomatik idarəsindən bəyan edib: «Lisovenko bildirib ki, onu ya içirdiblər, ya da hipnoz ediblər. Onun başı dumanlı olub».
Cinayət işi müstəntiqlərə verildikdən 24 saat sonra saxlanılan Lisovenkoya qarşı ittiham elan olunacaq.
Bundan öncə Rusiyanın Panamadakı səfirliyi bildirib ki, bu ukraynalı bir neçə dəfə konsulluq bölməsinə gələrək, «əylənmək və dincəlmək» üçün pul tələb edib.