ABŞ təmsilçisi İrana: «Cenevrəyə əliboş gəlməyin»

alt

İranla «altılıq» arasındakı danışıqlarda ABŞ nümayəndə heyətinə dövlət katibinin siyasi məsələlər üzrə müavini Uendi Şermanın başçılıq edəcək.

Bu haqda Dövlət Departamenti açıqlama verib. Danışıqlar oktyabrın 15-16-da Cenevrədə keçiriləcək.

Şerman artıq İsveçrəyə yola düşüb.

Bu yaxınlarda o, konqresdə çıxışı zamanı bildirib ki, ABŞ İrandan nüvə proqramına aid bütün məsələlərə ilə bağlı «konkret fəaliyyət» gözləyir: «Mən sizi (İran əhalisini nəzərdə tutur-red.) əmin edirəm ki, oktyabrın 15-16 keçiriləcək görüşə əlinizdə gerçək planla gəlməsəniz, o zaman bizim konqres sizə qarşı yeni sanksiya qəbul edəcək və biz onu dəstəkləyəcəyik».

Şerman senat üzvlərindən Cenevrə danışıqları bitənədək İrana qarşı yeni sanksiyaların qəbulunu təxirə salmağa istəyib.