Hərbi təyyarə qəzaya uğradı
Misirin cənubunda Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi məşq uçuşu zamanı qəfildən idarəetməni itirərək yerə çırpılıb və iki yerə parçalanıb.
Luksor şəhəri yaxınlığında baş verən qəzada 1 nəfər həlak olub, 3 nəfər isə ağır yaralanıb. Pilot isə katapultla təyyarədən tullanmağa vaxt tapa bilib.
Yerli mətbuatın verdiyi məlumata görə, uçuş zamanı mühərrikdə baş verən qəfil partlayış təyyarənin qəza törətməsinə səbəb olub.
Hazırda hadisə yerində axtarış işləri aparılır.