Suriyada həbsxanaya hücum
Suriyada döyüşçülər Alepo şəhərindəki həbsxanaya hücum ediblər.
Həbsxanaya hücumda "Əl Qaidə" ilə bağlı olan "Front əl-Nusra"nın döyüşçüləri iştirak ediblər.
Hələlik həbsxanaya hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı bəlli deyil.
Xatırladaq ki, 2013-cü ilin may ayında döyüşçülər Alepodakı mərkəzi həbsxananın ərazisinə daxil ola bilmişdilər. Ərazidə bir necə bina nəzarətə götürülüb. Binalar hələ də üsyançıların əllərindədir. Lakin həbsxananaın yarısı hökumət qüvvələrinin nəzarətində idi.