Bəşar Əsədin generalı öldürüldü

alt

Suriyada Bəşar Əsəd rejimi hərbi kəşfiyyatının yüksək rütbəli təmsilçisi general Cameh Cameh ölkənin şərqində Deyr əz-Zor əyalətində öldürülüb.

Bu haqda «əl-Ərəbiyyə» telekanalı xəbər yayıb.

İlkin məlumata əsasən, general üsyançılar tərəfindən öldürülüb.
Olayla bağlı ətraflı məlumat hələ ki verilməyib.

General Cameh 1976-2005-ci illərdə Suriya xüsusi xidmət orqanının zabiti kimi Livanda qulluq edib.

Onun adı Livanın baş naziri Rafiq Həririnin qətlində də hallanıb. 2005-ci ildə onu BMT müstəntiqlər sorğu-sual edib.