Nazir vəzifəsinə yeni namizədlərin siyahısı təqdim edildi
İran Prezidenti Həsən Ruhani təhsil, elm, tədqiqat və texnologiya, həmçinin gənclər və idman nazirləri vəzifəsinə üç yeni namizədin siyahısını parlamentə təqdim edib.
Namizədlərin adları isə hələ rəsmi olaraq açıqlanmayıb.
Qeyd edək ki, avqust ayında nazir vəzifəsinə 18 namizəddən 3-ü parlamentarilərin etimad rəyini ala bilməmişdi.
Parlamentarilərin növbəti etimad rəyi isə gələn bazar günü olacaq.