Rus hərbi təyyarəsi Türkiyə sərhədlərini pozdu
Rusiyanın hava qüvvələrinə aid İL-20 hərbi təyyarəsi Türkiyənin hava sərhədlərini pozaraq, bu ölkənin ərazisinə keçib.
Bu barədə Türkiyə Silahlı Qüvvələri yazılı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, Rusiyaya aid hərbi təyyarə Türkiyə-Bolqarıstan sərhədindən bu ölkənin hava ərazisinə daxil olub və Artvin əyaləti ətrafında uçuş edib.
Buna qarşılıq olaraq isə Türkiyənin iki “F-16” qırıcı təyyarəsi havaya qalxaraq, rus təyyarəsini ölkə sərhədlərindən çıxarana qədər təqib edib.
2 saatdan çox hava təqibi nəticəsində Rusiya təyyarəsi Türkiyə hava sərhədlərini tərk edib.