İki dövlət başçısı arasında telefon qalmaqalı böyüyür

alt


Amerika və Almaniya arasında telefon dinləmələri ilə bağlı yaranan qalmaqal daha da böyüyür. Almaniyanın xarici işlər naziri Qido Bestervell ABŞ-ın bu ölkədəki səfiri Con Emersonu yanına çağırıb. 

ABŞ xüsusi xidmət orqanlarının Almaniya kansleri Angela Merkelin telefonunu dinləməsi barədə yayılan məlumatlar görüşün əsas müzakirə predmeti olacaq. Səfirlə nazirin görüşü oktyabrın 24-də baş tutacaq. 

Qeyd edək ki, Merkel oktyabrn 23-də Obamaya zəng edərək mobil telefonunun dinlənib-dinlənmədiyini soruşub. Obama isə Merkeli bunun baş vermədiyinə inandırmağa çalışıb.