7 güllə ilə öldürdü... sonra cəsədi öpdü

alt

Türkiyənin Bursa şəhərində boşanmaq istəyən qadın əri tərəfindən öldürülüb.


31 yaşlı Sinem Çalışkan boşanmaq üçün məhkəməyə müraciət etdikdən sonra əri tərəfindən maşında 7 güllə ilə öldürülüb.

Şahidlərin sözlərinə görə, qadının yolunu kəsən ər onu boşanmaq fikrindən çəkindirməyə çalışıb. Qadın bunu qəbul etməyincə əri onu 7 güllə ilə öldürüb.

Hadisədən sonra Erhan Çalışkan şahidlərə polis çağırmağı xahiş edib.
Cinayəti törətdikdən sonra Erhan Çalışkan xanımını öldürdükdən sonra cəsədini öpməsi ilə diqqəti çəkib.