Həbsxanada güclü yanğın

alt

 

Səudiyyə Ərəbistanındakı həbsxanalardan birində atəş səsləri və qarışıqlıqla müşayiət olunan güclü yanğın baş verib.

Sosial şəbəkələrdə hadisə yerindən fotolar yayılıb. Fotolarda Bureydə şəhərində yerləşən həbsxana binasından qalxan güclü tüstü əks olunub.
Polis genişmiqyaslı xüsusi əməliyyata başlayıb. Lakin Səudiyyə Ərəbistanı hakimiyyəti hadisə haqqında heç bir məlumat vermir.

Yerli KİV-in məlumatına görə, yanğın eyni vaxtda üç kamerada baş verib.

Qeyd edək ki, bu il Bureydədə məhkəmə qərarı və istintaq olmadan terrorizmdə ittiham olunaraq həbs edilənlərin qohumlarının iştirakı ilə bir neçə dəfə etiraz aksiyası keçirilib.