Londonda Dünya turizm sərgisi açılır

alt“World Travel Market” sərgisi 2013-cü ildə texnologiyalara, lüks dərəcəli turizmə, biznes-turizmə, habelə inkişaf etməkdə olan ölkələrdə turizm sənayesinin möhkəmlənməsinə diqqətin artdığını göstərəcəkdir. 
Ənənə üzrə tədbir Londonun şərqində Doklends rayonunda “ExCel” sərgi mərkəzində keçiriləcək və dörd gün davam edəcəkdir. Sərgi sırf peşəkarlar üçün nəzərdə tutulsa da və geniş tamaşaçı kütləsi sərgiyə buraxılmasa da “WTM” dünya turizm sənayesində çox böyük hadisə hesab olunur.
Keçən il sərgidə bağlanmış sövdələşmələrin və kontraktların həcmi iki milyard funt-sterlinq təşkil etmişdir və bu rəqəm ildən-ilə artır. Bu il “WTM” sərgisində 184 ölkədən və regionlardan gətirilmiş 5 min eksponat nümayiş etdiriləcəkdir. Sərgiyə təqribən 50 min adam gələcəkdir.
“WTM” çərçivəsində yüzlərlə tədbir və çıxış təşkil olunur. Çərşənbə axşamı BMT-nin Dünya Turizm Təşkilatının (“UNWTO”) üzvü olan ölkələrin turizm nazirlərinin konfransı keçiriləcəkdir. Konfransın əsas mövzuları turizm biznesi baxımından aviadaşıyıcıların fəaliyyəti, nəqliyyat infrastrukturunun inkişafı və viza məsələləri olacaqdır.