2011-2012-ci illərdə Ermənistanda yoxsulluq səviyyəsi 4,8% artıb
Ermənistanın Milli Statistika Xidməti (MSX) “Ermənistanın sosial xəritəsi və yoxsulluq” adlı statistik-analitik hesabatını təqdim edib.
APA-nın “Armenia Today”ə istinadən xəbərinə görə, hesabatda bildirilir ki, 2011-2012-ci illərdə Ermənistanda yoxsulluq səviyyəsi 4,8% artıb. Bunun əsas səbəbi 2009-cu ildə Ermənistan iqtisadiyyatının 14,1% azalması olub.
2012-ci ildə əhalinin 1/3 hissəsi (23,4%) yoxsul, bunun isə 13,5%-i daha yoxsul, 2,8%-i lap yoxsul olub.
MSX-nin şöbə rəisi Diana Martirosova qeyd edib ki, 2008-2012-ci illərdə yoxsulluq səviyyəsi kəndlərə nisbətən şəhərlərdə daha çox artıb. Şəhərlər arasında ən aşağı yoxsulluq səviyyəsi (25,6%) İrəvanda qeydə alınıb.