Putin Roma papası ilə görüşdü
Rusiya prezidenti Vladimir Putin İtaliya səfəri çərçivəsində Vatikan da Papa Frensis ilə görüşüb.
Görüşdə Şimali Afrika və Yaxın Şərqdə yaşayan xristianların vəziyyəti barədə müzakirələr aparılıb.
Xatırladaq ki, V.Putinin Vatikan ziyarətində xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoygu və digər rəsmi şəxslər müşayiət edib. Bu səfər Rusiyanın Vatikanla münasibətləri normallaşdırmaq cəhdi kimi də xarakterizə olunur.