Amerika İrandan yardım istədi

alt

Amerika İranda 6 il əvvəl itkin düşən Federal Təhqiqat Bürosunun əməkdaşı Robert Levinsonun tapılması üçün rəsmi Tehranda yardım istəyib. Ağ Evin müraciətinə görə Amerika vətəndaşı olan təqaüdçü Levinson 2007-ci ildə İranın Kiş adasına gedib. 

İş səyahəti əsnasında yoxa çıxan keçmiş agentin tapılması üçün yardım istəyən Amerikanın bu müraciətinə necə cavab veriləcəyi maraqlıdır.

2010-cu ildə Levinsonun sağ olduğu, ancaq azadlığına qovuşması üçün kömək istədiyini bildirən bir video yayılmışd. Ancaq onun harada olması barədə hələ də heç bir məlumat yoxdur.