Adaya 2 min ölü siçan atıldı
Amerikanın Sakit okeandakı ərazisi olan Quam adasına 2 min ölü siçan aparılıb. Bu tədbir adada ilanlarla mübarizə aparmaq məqsədilə atılıb.
Siçanlar əraziyə xüsusi konteynerlərlə gətirilib.
Qəhvəyi rəngli zəhərli ilanlar adada 1950-ci illərdən peyda olmağa başlayıb. Bu ilanlar adada artıq 11 quş növündən 9-nu məhv edib.
İlanların uşaqlara hücumu da qeydə alınıb. Bundan başqa transformatorlara girən ilanlar qəzalara səbəb olur ki, bunun nəticəsində hər il 4 milyon dollar ziyan dəyir.
Hazırda adada 2 milyona yaxın belə ilan olduğu bildirilir.