Prezidentin əmisi Amerikadan deportasiya edilməyəcək
ABŞ prezidenti Barak Obamanın əmisi Onyanqo Obamanın Amerikadan deportasiya edilmək təhlükəsi aradan qalxıb.
Boston məhkəməsi prezidentin əmisinin qrin-kart almasına razılıq verib.
Prezidentin əmisi illərlə Amerikada qeyri-leqal yaşadığı üçün onu deportasiya təhlükəsi gözləyib. Ancaq məhkəmə belə bir qərar çıxarmayaraq prezidentin əmisinə qrin-kart almasına icazə verib.
Məhkəmənin bu qərarı miqrnatlarla bağlı federal qanuna əsasən çıxarılıb. Belə ki, qanuna əsasən 1972-ci ilin yanvarına kimi ölkəyə gələn şəxslərə Amerikada leqal şəraitdə yaşamağa icazə verilir. Prezidentin də əmisi uzun illər Amerikada yaşayaraq ərzaq mağazasında işləyib və vergiləri ödəyib.