Yanukoviç Putinlə təcili görüşüb

alt

Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşüb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirir.

"Ukrayna prezidenti Çində geri dönən zamanı Soçiyə enib. Qısa işgüzar görüş zamanı cari məsələlər müzakirə edilib", - deyə Peskov bildirir. Bu həftə Ukraynanın Avropaya inteqrasiyasının tərəfdarlarının iri miqyaslı etiraz aksiyaları fonunda Viktor Yanukoviç Çinə uçmuşdu.