Nazir 1,5 milyon dollar rüşvət alarkən görüntüləndi- VİDEO
Türkiyənin nazirlərindən biri 1,5 milyon dollar rüşvət alarkən görüntülənib.
Bu barədə “Kanal D” ana xəbər bülletenində məlumat yer alıb.
Məlumata görə, prokurorluq dünən 56 nəfərin saxlandığı əməliyyatla bağlı 4 nazir haqqında araşdırma aparır.
Rüşvət aldığı yerdə görüntülənən nazirin adı hələlik açıqlanmır. Həmin nazirə rüşvətin məhz R.Zərrab tərəfidən verildiyi iddia olunur. Nazirlə bağlı məlumatın hazırlanaraq Məlisə göndəriləcəyi vurğulanır.