ABŞ-da həyat iflic oldu: 9 ölü
ABŞ-da soyuq hava və qar səbəbi ilə 9 nəfər həyatını itirib, bəzi bölgələr güclü külək səbəbindən elektriksiz qalıb.
ölkənin cənubunda olan Kentuckyada 5 nəfər həyatını itirərkən, Arkansasda sürəti saatda 200 kilometr çatan qasırğa da 1 nəfərin ölümünə səbəb olub.
Ölkənin Great Lakes və New England bölgələrində qar və buzlaşma yaşanarkən, Midvest ştatlarında da fasiləsiz yağan qar həyatı iflic edib. Ümumilikdə ABŞ-da 440 min ev və iş yeri elektriksiz qalıb.
Ölkənin müxtəlif bölgələrində sərt hava şəraiti 700-dən çox təyyarə uçuşunun təxirə salınmasına səbəb olub. 11 min uçuşun isə gecikdiyi qeyd edilir. Kanadanın şərqində də şiddətli hava şəraiti ilə bağlı təxminən 475 nəfərin elektriksiz qaldığı bildirilir.