Kürd deputata 8 il 9 aylıq həbs cəzası

altAli Məhkəmə HDP-nin həmsədri Səbahət Tuncəl PKK terror təşkilatına üzv olduğuna görə verilən 8 il 9 aylıq həbs cəzası qərarını yekdilliklə qəbul edib. İstanbul Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan HDP-nin (Xalqın Demokratik Partiyası) həbs olunan və məhkəməsi davam etdiyi zaman 2007-ci ildə millət vəkili seçilib və təxliyə edilib. Səbahət Tuncəl haqqında məhkəmə tərəfindən verilən 8 il 9 aylıq həbs cəzası qərarı Ali Məhkəmə tərəfindən yekdilliklə qəbul olunub. Qərarın Milli Məclisdə oxunması ilə Tuncəlin millət vəkilliyi ləğv ediləcək və həbsxanaya göndərilməsi gündəmə gələcək. Həmçinin Səbahət Tuncəlin aldığı cəza bir ildən çox olduğu üçün millət vəkili də olmayacaq.