Türkiyədə 5,8 bal gücündə zəlzələ olub
Türkiyənin Aralıq dənizi sahilində 5,8 bal gücündə zəlzələ baş verib. APA-nın məlumatına görə, bu barədə ABŞ Geoloji xidmətinin açıqlamasında bildirilir.
Zəlzələnin episentri Alanya şəhərindən 86 km cənub-qərbdə, 50 km dərinlikdə qeydə alınıb. Zəlzələ ilə bağlı sunami xəbərdarlığı verilməyib.