Volqoqradda trolleybus partlayıb.
.
Bu gün səhər saat 08:25-da (Rusiya vaxtı ilə) Volqoqradda trolleybusda baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb. Patlayış nəticəsində trolleybus tamamilə dağılıb. İlkin versiyaya görə, hadisə trolleybusda qoyulmuş bombanın partladılması nəticəsində baş verib.Qeyd edək ki, dünən Volqoqrad şəhərinin dəmir yolu vağzalında baş verən partlayışda ölənlərin sayı 18-ə çatıb.