İranda zəlzələ: 1 ölü, 30 yaralı
İranın cənubunda 5,5 bal gücündə zəlzələ baş verib.
Təbii fəlakətin episentri Fars əyalətindəki Lar şəhərinin 50 km cənubunda olub.
Hadisə nəticəsində 1 nəfər ölüb, 30-u yaralanıb. Çoxlu binada dağıntı olub, elektrik verilişində fasilələr yaranıb. Bu zəlzələnin ardından 4,3 bal gücündə təkrar yeraltı təkanlar baş verib.