"Cenevrə-2 Suriyadakı münaqişəyə son qoya bilər"
"Cenevrə-2 konfransı Suriyadakı münaqişəyə son qoya bilər".
Belə bir bəyanatla Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib. Ə. Davudoğlu qeyd edib ki, 2012-ci ildə imzalanmış Cenevrə kommünikesi tam icra olunmalıdır.
“Montredə keçirilən konfrans Suriyada insan ölümlərinə son qoya biləcək prosesin başlanğıcı ola bilər. Hamımız bu imkandan istifadə etməliyik”, - deyə o vurğulayıb.