Türkiyədə 3 əsgər öldü, 18 nəfər yaralandı
Türkiyənin Van əyalətində ağır yol qəza hadisəsi baş verib.Dalğa TV-in Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, fevralın 8-nə keçən gecə Van bölgəsinin İran sərhədində yerləşən Karahisar kəndi yaxınlığında əsgərləri daşıyan hərbi avtomobil yolun buzlu olması səbəbindən aşaraq uçuruma yuvarlanıb. Nəticədə 3 əsgər ölüb, 18-i yaralanıb.