Ben Ladenin cəsədinin fotolarını yaymaq qadağan edildi
“Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsame Bin Ladenin məhv edilməsində iştirak edən Amerika xüsusi təyinatlılarına əməliyyat zamanı çəkilən fotoları məhv etmək tapşırılıb.
Dalgatv.ge Rusiya mətbuatına istinadən xəbər verir ki, belə bir əmri admiral Ulyam Makreyven verib.
Admiral məktubunda tələb edib ki, əməliyyat zamanı çəkilən fotolar Mərkəzi Kəşfiyyat İdarəsinə təhvil verilsin və ya məhv edilsin.
Tapşırıq Ben Laden öldürüldükdən 11 gün sonra verilsə də zaman-zaman bu fotolar yayılıb. Prezident Barak Obama tettor təşkilatı rəhbərinin öldürülməsindən sonra onun ölümünü təsdiqləmək üçün bir fotonun yayılmasının mümkünlüyünü bildirmişdi.
Ancaq sonradan bu təklif icra olunmadı. Daha sonralar bəzi Konqres üzvləri cəsədin şəklini nümayiş etdirdilər. Həmin fotoların əməliyyatda iştirak xüsusi təyinatlılardan əldə edildiyi ehtimal edilir. Ben Ladenin cəsədinin fotolarının yayılmasının radikalizmin artmasına səbəb olduğu iddia edilir.