Avropa Birliyi ölkələri ABŞ-a qarşı birləşir

altAvropa Birliyi ABŞ-ın nəzarəti altında olan internet şəbəkəsinə qarşı mərkəzi Avropada yerləşən internet resurslarının yaradılmasını planlaşdırır.

Dalgatv-nin Anspress-ə istinadən verdiyi məlumata görə, Almaniya kansleri Angela Merkel Fransaya səfəri zamanı bu məsələni gündəmə gətirəcəyini deyib.
“Fransalı həmkarlarımla yüksək səviyyəli məlumatların necə qorunmasını müzakirə edəcəyik. Bunun üçün birinci növbədə Avropada yerləşən texnologiya şirkətləri ilə danışıqlar aparacağıq”, - deyə A.Merkel bildirib.

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland ötən həftə Vaşinqtona səfəri zamanı Avropada ABŞ kəşfiyyatına qarşı internet resurslarının yaradılması fikrini dəstəklədiyini bildirmişdi.