"Angela Merkel Gürcüstana səfər edəcək"
Almaniya kansleri Angela Merkel Gürcüstana səfər edəcək.
Dalgatv-nin APA-ya istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın Almaniyadakı səfiri Lado Çanturiya deyib.
“Gürcüstan baş nazirinin Almaniyaya uğurlu səfəri olub. Həmçinin Almaniya kanslerinin Tiflisə səfəri planlaşdırılır. Düşünürəm ki, bu, Gürcüstanın siyasi həyatı üçün böyük əhəmiyyət kəsb edir”, - deyə o vurğulayıb.
Diplomatın sözlərinə görə, eyni zamanda Almaniyaya Gürcüstan xarici işlər nazirinin səfəri planlaşdırılır.