BMT İraqın yeni baş nazirini dəstəklədi

altBMT Təhlükəsizlik Şurası Heydər əl-Abadinin İraqın Baş naziri təyin olunmasını dəstəkləyərək tez bir zamanda yeni hökumətin formalaşdırmağa çağırdı.

Dalgatv Anspress-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın məlumatında qeyd edilir.

Məlumatda qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası " İraqda Heydər əl-Abadi Baş nazir təyin olunmasını cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin daxil olduğu bir hökumətin yaradılması yönündə mühüm addım” kimi dəyərləndirərək əl-Abadini “tezliklə hökuməti qurmağa" çağırıb.

Qeyd edək ki, keçən bazar ertəsi İraq prezidenti ölkə parlamentinin böyük şiə birləşməsi olan “Milli Alyansda” Heydər əl-Abadi ətrafında yeni hökümətin qurulması təlimatını verib. Lakin fəaliyyətdə olan baş-nazir Nuri əl-Maliki qərarla razılaşmayaraq, məhkəmə yolu ilə məsələyə aydınlıq gətirmək niyyətində olduğunu bildirib. əl-Abadinin təyinatını artıq ABŞ, Aİ, İran, Səudiyyə Ərəbistanı və ərəb ölkələri Liqası dəstəkləyiblər.