Ermənilər dünyanın müxtəlif ölkələrində Sərkisyan əleyhinə aksiyalar keçirəcək

alt“Erməni dirçəlişi” adlı hərəkat dünyanın müxtəlif şəhərlərində və Yerevanda Ermənistanın Avrasiya İttifaqına qoşulmasına qarşı aksiyalar keçirəcək.
Modern.az saytı erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan prezidenti Serj Sərkisyanın Avrasiya İttifaqına qoşulmaq qərarından sonra aktivistlər sentyabrın 9-da etiraz aksiyaları keçirməyi qərara alıblar. Bundan başqa etirazçılar Ermənistanda siyasi məhbusların azad olunması tələbi ilə də çıxış edəcəklər.
“Erməni dirçəlişi”nin Praqa filialının üzvü Baqrat Arakelyan bildirib ki, tarixin sentyabrın 9-na təyin edilməsi təsadüfi deyil. Çünki məhz bir il bundan əvvəl sentyabr ayının 9-da Serj Sərkisyan Avrasiya İttifaqına girişlə bağlı qərarını açıqlayıb.

Qeyd edək ki, təşkilatın 10 ölkədə nümayəndəliyi var.