Ermənistan prezidenti Ceyms Uorliklə görüşüb
Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşüb.
Dalgatv-nin APA -ya istinadən verdiyi məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə edilib.
S. Sarkisyanla C. Uorlik həmçinin ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə Uelsdə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə fikir mübadiləsi aparıblar.