Obamadan Putinə növbəti həmlə
ABŞ prezidenti Barak Obama bütün dünyanı Rusiyaya qarşı birləşməyə çağırıb.
ANS PRESS-in məlumatına görə, bu haqda prezident xalqa müraciətində bildirib.
Obama növbəti dəfə Rusiyanın təcavüzü haqqında danışaraq bütün dünyanı onlara qarşı birləşdirməyə hazırlaşdığını qeyd edib.
“Birləşmiş Ştatlar bundan sonra da ən əhəmiyyətli beynəlxalq problemlərin həllində aparıcı rolu oynamaq niyyətindədir. Bura həmçinin Ukrayna böhranı da daxildir. ABŞ tarixin düzgün tərəfindədir. Deməli bütün qalan ölkələr də həmin tərəfə keçməlidir”, - deyə Barak Obama bildirib.
ABŞ prezidenti Ukrayna xalqına dəstəyini bildirərək bunları söyləyib:
"ABŞ Ukraynada Rusiya təcavüzünə qarşı bütün dünyanın birləşməsinə başçılıq edir. Bizim müttəfiqlərimizlə birlikdə biz Ukrayna xalqını demokratiya və iqtisadiyyatın inkişafında dəstəkləyəcəyik".