“İŞİD-i yalnız Türkiyə məhv edə bilər” – İngiltərə mətbuatı

alt

"Türklər Qərbin yerinə çirkli işi görməyəcək. Əgər bu, kürdlərin müstəqilliyinə gətirirsə, Türkiyə ordusu İslam Dövləti yaraqlılarını əzməyəcək”.

Dalgatv Azadlıq Radiosuna istinadən xəbər verir ki, bu haqda informasiya “Daily Telegraph” qəzetində çap edilib.

Qəzet yazıb ki, Qərb İslam Dövləti yaraqlılarını dağıtmaq istəyir, ancaq “əlini batırmaq istəmir: “Ayağının yerə dəyməsi Obama və Kameron üçün tabutdur. Ona görə bütün gözlər Türkiyəyə dikilib ki, problemi Ankara həll etsin. NATO-da ikinci ən böyük ordusu olan Türkiyə İD yaraqlılarını asanlıqla əzə bilər. Ancaq ABŞın Dövlət katibi Con Kerrinin çağırışlarına baxmayaraq sərhəddə dayanan Türkiyə tankları yerindən tərpənmir. Kobani kürd şəhəridir, əsas məsələ də bundadır. Sərhəddin hər iki tərəfində kürdlər Türkiyənin hərəkət etməsini istəyir və tələb edir. Türkiyə isə gözləyir. Türkiyənin NATO tərəfdaşları üçün vəziyyət aydındır: İD problemdir və kürdləri silahlandırmaq lazımdır. Türkiyə üçünsə, kürdlərin dövlət iddiaları ölümcül təhlükədir. Reallıq budur ki, 2002-ci ildən Türkiyənin və onun Qərb müttəfiqlərinin baxışları bu məsələdə ayrılır”.

“Daily Telegraph” onu da qeyd edib ki, Ərdoğan İD yaraqlılarına zərbə endirməyə razılaşsa, bunun əvəzində nə istəyəcək?

“Suriya prezidenti Bəşər Əsəd rejimini dəyişməyə icazə verməsələr, Ərdogan hərəkət etməyə bilər. İstənilən hərəkət isə birtərəfli olacaq. Regionda diqtə edən Vaşinqton və ya London olmayacaq, yalnız Ankara olacaq. İD problemi yox olacaq. Ancaq yeni vəziyyət qaneedici olacaqmı? Məsələn, İsrail Suriyada Əsədin yerinə Türkiyə vasitəsilə “Həmas”ın gəlməsinə şad olacaqmı? Türkiyəni oyuna qoşmaq istəyənlər bütün bunları hesablamalıdırlar. İD yoxa çıxacaq, dünya isə başqa başağrısı qazanacaq”. “Daily Telegraph” belə yazıb.