6 kiloqrama yaxın körpə dünyaya gəldi

alt

Rusiyanın Barnaul şəhərində 5,7 kq-lıq körpə dünyaya gəlib.

AzNews.az xəbər verir ki, bu barədə Barnaul doğum evinin baş həkimi Lyudmila Ananin məlumat verib: “Bu çəkidə doğulan nəhəng körpələr nadir halda olur. Mənim doğum evində olduğum müddətdə ilk dəfədir ki, belə körpə anadan olur”.
Körpənin boyunun 63 sm olduğu deyilir.

Körpə qeysəriyyə əməliyyatı ilə ana bətnindən çıxarılıb. Ana və uşaq özlərini yaxşı hiss edirlər.