Almaniyada Ərdoğanı təhqir etdilər - FOTO

alt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı it şəklində göstərən karikaturanın Almaniyanın Friedrişafen şəhərindəki liseyin kitablarında çap edilməsi böyük reaksiyaya səbəb olub. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Almaniyada yaşayan türklər Ərdoğanı təhqir edən karikaturanın dərs kitabından çıxarılmasını istəyiblər.

Mövzu haqqında bir açıqlama verən bölgənin köklü türk idman klublarından “Dostlukspor”un başçısı Nuru Ay belə bir kitabla məktəblərdə təhsil verilə bilməyəcəyini qeyd edərək deyib: “Türkiyə Cümhuriyyəti prezidentinin it şəklində çəkilərək üstünə adının yazılması və bir it daxmasına bağlanması kimi bir karikaturanın məktəb kitabında yer alması çox anormal bir vəziyyətdir. Bu karikatura qəzet və ya jurnallarda çap olunsa anlarayam, ancaq belə bir karikaturanın məktəb dərs kitabında yer alması pis niyyətli insanların işidir”.