Ruslar erməni səfiri vurdu
Moskvada Ermənistan səfirinin avtomobili qəzaya düşüb.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Verilən məlumata görə, diplomatik missiyanın “Mercedes” markalı avtomobili yolun qarşı zolağına çıxıb və yol polisinin BMW markalı maşınına toxunub.
Qalmaqal bu gün Moskvanın Çerkizov keçidində baş verib. Qəza nəticəsində heç kimi zərər çəkməyib. Moskva yol polisinin mətbuat xidməti hadisəni təsdiqləyib.