“CNN Türk“ telekanalı səhvini düzəltdi
Türkiyənin "CNN Türk" telekanalı Azərbaycanla bağlı hazırladığı reportajda etdiyi səhvi düzəldib.
AzNews.az xəbər verir ki, yeni reportajda vurulan helikopterin qondarma “Dağlıq Qarabağ ordusu"na deyil, Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus olduğu bildirilib.
Xatırladaq ki, bir gün öncə "CNN Türk" telekanalı reportajda Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim etmişdi.