Putinin gizli görüşü

altBöyük Britaniya mətbuatı "Çelsi" futbol klubunun sahibi Roman Abramoviçin futbol üzrə Dünya Çempionatının 2018-ci ildə ("Mundial-2018") hansı ölkədə keçiriləcəyi barədə təşkil olunan seçkilərdən əvvəl FİFA prezidenti Yozef Blatter ilə gizli görüşü barədə iddia irəli sürüb.

ANS PRESS-in xəbərinə görə, "The Independent" qəzeti yazıb ki, hazırda bununla bağlı araşdırma davam edir. Belə ki, "Mundial-2018" və "Mundial-2022" üzrə səsvermənin nəticələri saxtalaşdırılıb, dünya çempionatının keçirilməsi hüququ Rusiyaya və Qətərə satılıb.

Qəzetin məlumatına görə, yarışı qəbul etmək hüququ üçün mübarizə aparan rəqibləri haqqında məlumat alınması üçün ingilis nümayəndələri xüsusi xidmət orqanlarından istifadə ediblər. Həmçinin bildirilir ki, səsvermədən əvvəl Rusiya prezidenti Vladimir Putin "Çelsi"nin sahibi Roman Abramoviçin başçılığı ilə oliqarxlar qrupu formalaşdırılması barədə tapşırıq verib ki, onlar Rusiyanın sifarişinin qəbul olunmasını təmin etsinlər.

Hətta, bu məqsədlə Roman Abramoviç Cənubi Afrika Respubliksında FİFA prezidenti Yozef Blatter ilə gizli görüş keçirib.