Türkiyə Azərbaycanı sammitə dəvət etdi
Türkiyə Azərbaycanı 2015 ci ildə Antalyada keçiriləcək Böyük 20-liyin samitində iştirak etməyə dəvət edib.
ANS TV-nin məlumatına görə, bu haqda Türkiyə baş nazirinin müavini Əli Babacan “TRT Haber” kanalına verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Böyük 20-liyin sammitində iştirakı çox vacibdir. Əli Babacan həmçinin onda əlavə edib ki, bu gündən etibarən G20-yə Türkiyə sədrlik edəcək.