Ermənistanın yalanları ifşa EDİLDİ

alt

Ermənistan mediası dekabrın 24-dən 25-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində kəşfiyyat-diversiya cəhdi etdiyini bildirib. Ermənistan tərəfi bəyan edib ki, guya bu cəhdin qarşısı alınarkən Azərbayac ordusu itki verib. Lakin Azərbaycan Müdafiə Nazirliyi yayılan məlumatları Ermənistanın növbəti təxribatı adlandırıb və bu addımı informasiya müharibəsinin zəminində aparılan təbliğat kimi dəyərləndirib.

Cəbhə xəttində insidentin olması ilə bağlı ermənilərin tirajladığı informasiyaları Moskva Dövlət Universitetinin İnformasiya-Analitik Mərkəzinin baş direktor müavini, politoloq Andrey Petrov şərh edib.

Modern.az saytının məlumatına görə Andrey Petrov bildirib ki, Ermənistan qoşunların təmas xəttində gərginliyi artırır və sülh prosesi ilə bağlı aparılan danışıqlara zərbə vurur.

Analitik vurğulayıb ki, hər hansı kəşfiyyat-diversiya hərəkətləri ilə bağlı faktları yoxlamaq çətin deyil. Onun sözlərinə görə hansı tərəf itki verirsə, həlak olan hərbçilərin cəsədləri ortada olmalıdır.

“Ermənistan Müdafiə Nazirliyinin bəyanatlarında isə buna oxşar nəsə deyilmir. Azərbaycan Müdafiə Nazirliyi isə qoşunların təmas xəttində ölüm halı olan kimi bunu açıqlayır”.

Ekspert hesab edir ki, ATƏT diversiya hərəkətləri olduğu iddia olunan ərazilərdə yayılan xəbərləri təsdiq və ya təkzib etmək monitorinq apara bilər. Siyasi təhlilçi qeyd edib ki, “diversiyalar” yalnız kağız üzərində qalır.

Politoloqun fikrincə, Ermənistanın kəşfiyyat cəhdlərinin olması ilə bağlı yaydığı məlumatların məqsədi iqtisadi-sosial vəziyyətədən əziyyət çəkən erməni əhalisinin fikrini yayındırmaqdır.

“Faktiki olaraq Qarabağ, fəlakətli iqtisadi vəziyyətdən əziyyət çəkən Ermənistan əhalisinin fikrinin yayındırılması üçün yaxşı mövzudur. Bu gün Ermənistanın yerli KİV-i günbəgün əhaliyə ölkəndə böhran, işsizlik hökm sürür. Belə bir məqamda “bizdə şanlı ordu var və bu, diversiyanı zərərsizləşdirdi” kimi informasiyalar dövriyyəyə buraxılır. Çünki Ermənistanın özündə heç kəs bu cür məlumatları, xüsusilə Ermənistan ordusunda itkilərin olmadığı haqqında informasiyaları yoxlamayacaq. Dağlıq Qarabağ münaqişəsi Ermənistan rəhbərliyinin imicinə müsbət təsir göstərir”,-deyə Andrey Petrov şərh edib.