Ərdoğan Türkiyənin Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu bəyan etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlət başçısı İlham Əliyevə başsağlığı verib. Modern.az xəbər verir ki, Türkiyə rəhbərinin Binəqədi rayonu ərazisində baş vermiş yanğın hadisəsində həyatını itirənlərə görə Azərbaycan prezidentinə verdiyi başsağlığında deyilir:
Hörmətli Prezident, əziz qardaşım,
Bakıdakı yaşayış binasında baş verən və çoxlu sayda insanın ölümünə səbəb olan yanğın hadisəsi haqqında xəbəri dərin kədər hissi ilə qarşıladım.
Bu faciəli hadisədə dünyasını dəyişən qardaş və bacılarımıza millətim adından və şəxsəm öz adımdan Allahdan rəhmət diləyir, onların ailələrinə, Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına başsağlığı verir, yaralılara tezliklə sağalmalarını arzu edirəm.
Ehtiyac yaranarsa, Türkiyənin bu məsələdə Azərbaycana hər cür dəstək verməyə hazır olduğuna heç bir şübhəniz qalmasın.
Sizə ən səmimi salamlarımı çatdırıram”.