Daha bir mühacir gəmisi batdı: 50 ölü
Liviya sahillərində göyərtəsində Avropaya getmək istəyən mühacirlərin olduğu gəmi batıb.
"DalğaTV" xarici KİV-ə istinadla xəbər verir ki, gəmi qəzasında azı 50 nəfər həlak olub.
Beynəlxalq Miqrasiya Təşkilatı isə ilin əvvələrindən dəniz yolu ilə Avropa Birliyi ərazisinə çatmaq istəyən 2701 nəfərin həlak olduğunu bildirib.
364 mindən artıq insan isə bu müddətə İtaliya, İspaniya və Yunanıstan sahillərinə çata bilib.