Avropa İttifaqından Türkiyəyə jest: Viza rejimi ləğv edilir

Avropa İttifaqı ilə Türkiyə arasındakı viza rejimi ləğv edilir.


"Dalğa TV" Türkiyə mətbuatına istinadən xəbər verir ki, viza rejiminin ləğvi gələn ilin oktyabr ayında həyata keçiriləcək.

Qərar 11 il sonra ilk dəfə keçirilən Avropa İttifaqı və Türkiyə zirvə görüşündə qəbul olunub. Belə bir qərarın qəbul olunması Türkiyənin Avropa İttifaqı tərəfindən 2012-ci ildə irəli sürdüyü 79 öhdəliyin yerinə yetirilməsi şərti ilə bağlıdır. İttifaqın həmçinin Türkiyəyə 3 milyard avro yardım edəcəyi bildirib. Bu yardım Türkiyəyə suriyalı qaçqınlara görə veriləcək. Amma yardımın nə vaxt veriləcəyi açıqlanmayıb.