İzmir şəhərində partlayış baş verib. Ədliyyə binası yaxınlığında atışma baş verib və nəticədə 2 terrorçu öldürülüb.
1 terrorçunun qaçdığı deyilir. Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını cəlb edilib.
Partlayış məhkəmə binasının C qapısında, yalnız hakim və prokurorların avtomobillərinin saxlanılmasına icazə verilən yerdə törədilib.
Hadisə nəticəsində 1 polis və 1 ədliyyə işçisi şəhid olub. Partlayış zamanı 3-ü polis olmaqla 7 nəfər yaralanıb. Yaralılar təcili yardım maşınları ilə ən yaxın xəstəxanalara aparılıblar.
Terrorçulara məxsus 2 avtomat silah və 8 əl bombası aşkarlanıb.