Ukrayna Ermənistanda keçiriləcək parlament seçkilərini müşahidə etməyəcək
Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkilərini MDB-nin səkkiz ölkəsindən olan 172 müşahidəçi izləyəcək.
Dalga tv erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə MDB-nin müşahidə heyətinin rəhbəri Sergey Lebedev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ermənistanda keçiriləcək parlament seçkilərinə Azərbaycanla yanaşı, Ukrayna da müşahidəçi göndərməyəcək.